Ölkə

Yüksək vəzifəyə təyinat alan Nizami Mövlanovun kursantlarla səmimi rəqsi - VİDEO - FOTO

27 İyun 2024 14:11
Baxış: 4 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:11

Yüksək vəzifəyə təyinat alan Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanovun kursantlarla səmimi rəqsini təqdim edirik:



--------
13:16


Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, general Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Əldə etdiyimiz digər məlumata görə, institutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.

Polkovnik Mövlanov Vətən müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Nizami Mövlanova Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Bundan əlavə, müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib. Müharibədən bir müddət sonra N.Mövlanov Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini təyin edilib.

Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. İnstitut Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərir.

Fotoda polkovnik Nizami Mövlanov

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.