Ölkə

Sumqayıtda yanğın: Ərazi mühafizəyə götürüldü - YENİLƏNİB

28 İyun 2024 00:25
Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------
​00:25

Abşeron rayonu "Şəfəq" qəsəbəsində baş verən yanğınla bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 6 nəfər (kişi cinsli) yerləşdirilib.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

-------
​23:08

Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının qarşısı alınıb.

Həmçinin DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.

-------
22:44

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə "Stansiya Sumqayıt" adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

İlkin məlumata görə, 4 nəfər tüstüdən zəhərlənib. Təcili tibbi yardımın köməyi ilə onlar xəstəxanaya çatdırılıb.

Ümumilikdə 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.