Kriminal

Birgə əməliyyat - Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - VİDEO - FOTO

30 İyun 2024 10:44
Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

DİN və DSX-dan Milli.Az-a verilən məlumata görə, Beyləqan rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1993-cü il təvəllüdlü Adil Təhməzov saxlanılıb. Onun üzərindən, həmçinin avtomobilindən 180 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

İlkin sorğu zamanı A.Təhməzov ondan aşkar olunmuş narkotikləri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan "Həsən" adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.