İran

Pezeşkianla Cəlili arasında gərgin debat: "İnsanları aldadırıq!"

2 İyul 2024 10:13
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran prezidentliyinə namizədlərin debatında əslən azərbaycanlı olan prezidentliyə namizəd Məsud Pezeşkian hakimiyyətin xalqı aldatdığını və qiymətlərin artmasına şərait yaratdığını bildirib.

Milli.Az Azad İran Teleqram kanalına istinadən xəbər verir ki, M.Pezeşkian vurğulayıb ki, prezident olmaq istəyən Səid Cəlilinin seçki kampaniyasında səkkiz faizlik iqtisadi inkişaf söz verməsi insanları aldatmaqdan başqa bir şey deyil:

"Mövcud tendensiya ilə səkkiz faiz artım mümkün deyil. İnsanları aldadırıq! 4-cü, 5-ci və 6-cı İnkişaf Proqramında ali rəhbər özü iştirak edirdi. Hamı deyirdi, 20 faiz artım var. Niyə bunları ali rəhbər mühakimə etmir?" - M.Pezeşkian vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.