Kriminal

Sabirabad polisindən ƏMƏLİYYAT: İki qardaş tutuldu - FOTO

29 İyun 2024 12:23
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nurlan Əliyev və qardaşı Dilavər saxlanılıblar.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, onların yaşadıqları ünvanlara keçirilən baxış zamanı N.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 45 kiloqram olan 128 ədəd çətənə kolu və 100 qrama yaxın marixuana, D.Əliyevin həyətindən isə çəkisi 32 kiloqram olan 39 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.