Bakıda 198 ağacın kəsildi - cinayət işi başlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, cari ilin iyun ayında paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində yaşıllıqların məhv edilməsinə dair vətəndaşların müraciəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar və mediada yayılan məlumatlar əsasında araşdırma aparılıb.
Araşdırmalarla, göstərilən ərazidə ümumilikə 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulması müəyyən edildiyindən fakta görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərin sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həmçinin, həmin ərazidə 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları üzrə mediada yayılan məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb və Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxil işlər orqanlarına göndərilib.
Qeyd olunur ki, 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları nəticəsində təbiətə dəymiş 371 min manatdan artıq ziyanın Baş Prokurorluq tərəfindən dövlət büdcəsinə ödətdirilməsi təmin edilib.
Hazırda qeyd olunan cinayət işləri üzrə ibtidai istintaq davam etdirilməklə, qanun pozuntularına yol vermiş şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələri kəsdi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı





