Hadisə

Şabranda ağır qəzaya düşən gömrük əməkdaşları ilə bağlı YENİ DETALLAR - YENİLƏNİB

1 İyul 2024 14:25
Baxış: 2 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:25

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "Shacman" markalı yük maşını ilə "Mercedes-Benz" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, qəzaya düşən şəxslər Dövlət Gömrük Komitəsinin Samur postunun texniki işçiləri olublar.

Qəzada həyatını itirən 30 yaşlı Samur gömrük postunda mühafizəçisi Vahid Əmirli Naxçıvan Muxtar Respublikasının Babək rayonundan olub.

Ağır qəzada yaralanan Pəri Vəliyeva və Seyidağa Səmədov isə Bakı sakinləridir. Onların hər ikisi də Samur postunun texniki işçiləri olub.

--------
12:45


İyulun 1-də saat 08:45-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 1989-cu il təvəllüdlü şəxsə (qadın cinsli) başın çoxsaylı yarası, əlin və barmaqların sınığı,1995-ci il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin əzilməsi, sağ orbital nahiyəsinin hematoması, 1984-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud sümüyünün sınığı diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicələri Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

--------
10:04


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şabran rayonunun Dəvəçi kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, "Shacman" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

Hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.