Dünya

Azərbaycan səfirliyi Hindistana başsağlığı verdi

3 İyul 2024 07:45
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Hindistandakı səfirliyi Yeni Dehliyə başsağlığı verib.

Milli.Az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

"Azərbaycanın Hindistandakı səfirliyi Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", - məlumatda bildirilib.

Xatırladaq ki, Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.