Hadisə

Toyda dava düşdü, evə gedəndən sonra bıçaqladılar - YENİLƏNİB

3 İyul 2024 21:40
Baxış: 1 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Milli.Az baku.tv-yə istinadla bildirir ki, Xəzər rayonunun Binə qəsəbəsində, "Atçılıq" yaşayış massivində qonşular arasında düşən mübahisə zamanı 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaq xəsarətləri alıblar.

Hər iki yaralı ağır vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, toyda qonşular arasında mübahisə yaranıb:

"Toydan sonra Amil və atası evlərinə gediblər. Daha sonra onları "söhbət"ə çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Atasına üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər".

-------

06:53

Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Cahangirov Amil Hikmət oğlu və 1970-ci il təvəllüdlü Cahangirov Hikmət Əlihüseyn oğlu dava zamanı bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binə Atçılıq yaşayış massivində qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub.

Əldə edilən məlumata görə onları qonşuluqda yaşayan şəxs dava zamanı bıçaqlayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.