Şou-biznes

Məşhur aktyor fəhləliyindən danışdı: Oğurluq edirəm? - VİDEO - FOTO

5 İyul 2024 12:29
Baxış: 2 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, tanınmış aktyor, 67 yaşlı Midhat Aydının sosial şəbəkələrdə fəhləlik etdiyini əks etdirən görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, yayılan görüntülərlə bağlı Kult.az-a danışan aktyor həmin kadrların evində ustalara kömək edərkən qeydə alındığını bildirib.

O qeyd edib ki, 20 il bundan əvvəl Suraxanı dairəsi yaxınlığında tikdirdiyi evin ikinci mərtəbəsi illərdir maddi sıxıntılar, ardınca isə pandemiya görə təmir edilməyib:

"İndi təmir üçün ustalar çağırdım. Çox usta çağırmaq da olmur. Ümumilikdə 3 ustadır. Mən də o görüntülərdə sadəcə olaraq öz təşəbbüsümlə ustalara kömək eləmişəm. Görüntünü də fəhlələr çəkib. İndi də söhbət yayılıb ki, mən tikintidə işləyirəm. Fəhlə işləmək ayıb deyil, lazım gəlsə, gedib işləyərəm. Oğurluq eləmirəm ki? Amma videodakı yer tikinti yeri deyil, öz evimdir. Evimdə də işləməyib, harada işləyəcəyəm? Özümə də sağlamlıqdır. Əziyyət çəkməyi xoşlayıram".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.