Kriminal

"Əri deyirdi gəl evində qal" - Xırdalandakı hadisənin detalları

5 İyul 2024 10:36
Baxış: 1 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, "Quşçuluq" yaşayış massivində qeydə alınıb. Məlumata görə, 39 yaşlı Anar Bayramov 34 yaşlı həyat yoldaşı Şəbnəm Həsənovaya bir neçə bıçaq zərbəsi vurub.

Qadın qaçmaq istəsə də, əri onu küçənin ortasında yaxalayıb, daha bir neçə bıçaq zərbəsi endirib. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Qonşularının sözlərinə görə, qadın qonşuda qaldığı üçün əri bunu qəbul etməyib:

"Onlar əvvəllər çox mehriban idilər. Aralarındakı söz-söhbətlər son 2 ayın içində baş verdi. Qadın qonşuda qalırdı, əri öz evlərinə gəlməyini istəyirdi, yoldaşı içib onu narahat etdiyinə görə getmirdi. Əri də bunu qəbul etmədi".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Anar Bayramov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.