Avto

Avropada ən çox satılan avtomobil məlum oldu

8 İyul 2024 08:38
Baxış: 7 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa bazarında minik avtomobilləri arasında satış lideri əvvəllər "Renault" brendi altında istehsal edilən "Dacia Sandero" hetçbeki olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2024-cü ilin may ayına olan məlumata görə, bu avtomobillərdən 117,3 min ədədi Avropanın 43 ölkəsində satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,5% çoxdur.

İlk üçlüyə həmçinin "Renault Clio" (111,5 min avtomobil) və "Volkswagen Golf" (111 min avtomobil) daxil olub.

Sonrakı yerləri "Volkswagen T-Roc" (94,9 min avtomobil) və "Citroen C3" (94 min avtomobil) tutub.

İlk onluğa həmçinin "Dacia Duster", "Skoda Octavia", "Toyota Yaris", "Tesla Model Y" və "Opel Corsa" daxildir. Bu modellər 80 min ədəddən az satılıb.

Xatırladaq ki, Avropa bazarı Asiya və Amerika bazarlarından sonra dünyada üçüncü ən böyük avtomobil bazarıdır. 2023-cü ildə Avropada 16,7 milyon yeni avtomobil satılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.