Ölkə

İsti havada yola çıxan sürücülər nə etməlidirlər? - MƏSLƏHƏTLƏR - VİDEO

8 İyul 2024 07:47
Baxış: 1 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması, istər avtonəqliyyat vasitələrinin istismarına, istərsə də sürücülərin özlərinin səhhətinə təsirsiz ötüşmür.

Yüksək temperatur insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır. Bu da öz növbəsində, uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülər diqqətli olmalıdırlar.

Avtomobil ustası Sahil Ağabəyli xüsusilə isti havada sürücülərin avtomobildə diqqət etməli olduğu məsələlər barədə danışıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.