Dünyada 2, bizdə isə 6 manat: Azərbaycanda bu məhsulu əhaliyə niyə 3 dəfə baha satırlar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 38.95 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 17.3% və ya 7092 ton, dəyər baxımından isə 36.4% və ya 13 milyon 353 min dollar çoxdur.
Hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonunun orta idxal qiyməti 16.3% artaraq 1039.6 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 893.9 dollar təşkil edib. 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü gətirilib.
Hesablama aparsaq görərik ki, ölkəyə idxal olunan düyünün 1 kiloqramının dəyəri 1 manat 80 qəpikdir. Buna baxmayaraq, mağazalarda düyünün qiyməti bir kilo üçün 4-12 manat arası dəyişir.
Düyünün idxaldan sonra bu qədər baha olmasının səbəbi nədir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Razı Abbasbəyli publika.az-a açıqlama verib.
Onun sözlərinə görə, dünya birjasında 2023-cü ildən etibarən düyünün qiymətində ciddi şəkildə bahalaşma baş verib.
"Planetimizdə 500 milyon ton düyü istehlak edilir və əsas istehlak edən ölkələr həm də ixracatla məşğul olurlar. Top beşlikdə Çin, Hindistan, İndoneziya, Tayland kimi ölkələr var. 2023-cü ildən etibarən həm Hindistan, həm Çin, həm də Tayland ixracla bağlı konkret məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Bu da düyünün bahalaşmasına gətirib çıxardı.
Nəticə etibarı ilə də Azərbaycan düyü ilə bağlı öz daxili tələbatını ödəyə bilməyən və daha çox idxaldan asılı ölkə hesab edilir. Son zamanlar Azərbaycanda çəltik əkinləri ilə bağlı təsərrüfatların sayında 4 %-ə qədər artım müşahidə edilir. Buna baxmayaraq, daxili bazara çıxarılan düyü demək olar ki, əsas tələbin ən yaxşı halda 25-30%-ni ödəyir. Dünya bazarlarında düyünün qiymətinin bahalaşması əlbəttə ki, Azərbaycanın daxili bazarında da qiymətlərə öz təsirini göstərir".
Ekspert diqqətə çatdırıb ki, dünya bazarındakı bahalaşmaya görə Azərbaycanda pərakəndə satış nöqtələrində qiymətlər kifayət qədər yüksəkdir:
"Burada bir sıra səbəblər var. Qara dəniz ölkələri ərazisində coğrafi olaraq qeyri-sabitlik, daşınma xərclərinin artırılması Azərbaycanın daxili bazarına təsir edir. Logistika xərclərinin bahalaşması ölkəyə idxal edilən düyünün qiymətinə də təsir göstərir. Dünya birjasındakı qiymətləri Azərbaycanın daxili bazarlarında pərakəndə satış nöqtələri ilə müqayisə etsək görərik ki, 1,5 dəfəyə qədər bahalaşma var. Bundan əlavə, Azərbaycana idxal edilən düyü ölkənin daxilində qablaşdırılır və qablaşdırma xərcləri də burada nəzərə alınmalıdır. Bu da müəyyən mənada daxili bazardakı qiymətlərə təsir göstərir.
Bütün bunlara baxmayaraq, Azərbaycanın daxili bazarında satılan düyünün faktiki olaraq qiyməti real bazar dəyərindən çoxdur. Yəni rəqabət mühiti olmadığına görə, əsasən inhisarçılığın mövcud olması nəticə etibarı ilə də daxili bazarda təxminən 30-40% arasında süni qiymət artımına gətirib çıxarır. Ölkəmizdə düyü idxalçılarının sayının az olması, eyni zamanda müvafiq dövrlər istisna olmaqla ölkəyə düyü idxalı ilə bağlı bir sıra gömrük rüsumlarının qüvvədə olması faktoru da var. Amma burada söhbət heç də fantastik qiymət fərqindən getmir. Bütün bunların fonunda qiymət artımı təkcə Azərbaycanda deyil, bütün pərakəndə satış nöqtələrindədir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
XƏBƏR LENTİ
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
Leyla Əhmədova həbs edilib
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır
-
İnarə Mirhəsənova yüksək vəzifəyə təyin edildi
-
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir
-
Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam
-
Gələn il imtahan proqramlarının məzmununda ciddi dəyişiklik olacaq?
-
Merih Demiralın ailəsi dağılır? - Arvadının müzakirə yaradan qərarı...
-
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı - (Foto)





