Hadisə

Bakıda oyuncaq maşınla yola çıxan tutuldu - (Video)

8 Sentyabr 2026 12:33
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda hərəkətin intensiv olduğu yolda oyuncaq nəqliyyat vasitəsi ilə hərəkət edərək həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a bildirilib ki, 2001-ci il təvəllüdlü Mirzəli soyadlı həmin şəxs saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Məlumatda vurğulanıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər. Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.