Şou-biznes

Bloqerlərimizin toyuna getdiyi bəy saxlanıldı (Foto)

8 Sentyabr 2026 13:24
Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli fenomen Çağla Özün Vanlı Kara Haydar ilə toyundan sonra maraqlı hadisə yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bloqerlər Arifə Məmmədova (baylarsoylar) və Fidan Zeynin də iştirak etdiyi toy mərasiminin ardından Kara Haydar polis bölməsinə aparılıb.

Məlumata görə, Van Cümhuriyyət Prokurorluğu sosial media paylaşımları ilə bağlı araşdırma başladıb. Kara Haydarın dövlətin mühafizə orqanlarını və qurumlarını aşağılamaqda ittiham olunduğu bildirilir.

İddialara əsasən, Kara Haydar səhərə yaxın, saat 03:00 radələrində yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.