Cəmiyyət

Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

8 Sentyabr 2026 14:11
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür. Bu proses məktəbdə formalaşır və çox ciddi problemdir.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bunu PİSA 2025 - Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycanda oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilmir:

"Buna müəllimlərin işə qəbulundan və sertifikatlaşdırılmasından başlamalıyıq. Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir".

O vurğulayıb ki, Azərbaycan oxu bacarıqları üzrə əsaslı şəkildə geri qalır. Belə ki, PİSA 2025 nəticələrinə əsasən, Azərbaycan bu göstərici üzrə 71-ci yerdə qərarlaşıb:

"Bu, bizim müəllimlərimizin və təhsil ictimaiyyətinin ən ciddi şəkildə müzakirə etməli olduğu məsələlərdən biri olmalıdır", - nazir əlavə edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.