İdman

“Qızıl top”u özümə verərdim” - Mbappe

8 Sentyabr 2026 14:58
Baxış: 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid" və Fransa milli komandasının hücumçusu Kilian Mbappe 2026-cı ilin "Qızıl top" mükafatı ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, 27 yaşlı futbolçunun açıqlamalarını Fransanın nüfuzlu "L'Équipe" nəşri yayıb.

Kilian Mbappe mükafata kimin layiq olduğunu düşündüyünü açıqlayarkən seçiminin özündən yana olacağını bildirib:

"Qızıl top"u kimə verərdim? Onu özümə verərdim və bu, heç də oğurluq olmazdı. Bu, futbolçunun fərdi töhfəsinin nəzərə alındığı fərdi mükafatdır. Arqumentlərə baxanda öz-özümə deyirəm: bəli, bu, ədalətsizlik olmazdı".

Fransalı ulduz özünü dünyanın ən yaxşı futbolçusu hesab edib-etməməsi ilə bağlı suala da münasibət bildirib:

"Mən həmişə belə düşünürəm, amma bu çox şəxsi məsələdir. Hər kəsin öz fikri var: bəziləri razılaşacaq, bəziləri yox. Bu, mübahisəli mövzudur və hər kəsin mənim kimi düşünməsi məcburi deyil".

Qeyd edək ki, Kilian Mbappe İspaniya çempionatının cari mövsümündə 4 matçda 4 dəfə fərqlənib. "Real Madrid" növbəti görüşünü Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda keçirəcək. "Kral klubu" doğma meydanda Milannın "İnter" klubunu qəbul edəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.