10 il, 35 mindən çox müraciət: Azərbaycan Qran-Prisinin görünməyən qəhrəmanları - (Fotolar)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıdan Monakoya, Ostindən Əbu-Dabiyə - Azərbaycanlı marşallar son 10 ildə yalnız yerli yarışın deyil, dünyanın müxtəlif Formula 1 Qran-Prilərinin də bir hissəsinə çevriliblər.
Milli.Az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisinin 10 illik tarixində marşal olmaq üçün 35 mindən çox müraciət daxil olub. Bu rəqəm proqramın illər ərzində artan populyarlığını və Bakıda formalaşan marşal heyətinin keçdiyi inkişaf yolunu əks etdirir.
2016-cı ildə Bakıda keçirilən ilk Formula 1 yarışı zamanı marşalların böyük hissəsi Bəhreyndən cəlb edilmişdisə, artıq 2017-ci ildə onların mütləq əksəriyyətini yerli marşallar təşkil edib.
Müraciətlərin sayı da bu marağın necə dəyişdiyini göstərir: 2017-ci ildə marşal olmaq üçün 2379 nəfər müraciət etmişdisə, 2026-cı ildə bu göstərici 4201-ə yüksəlib. Azərbaycan Qran-Prisinin 10-cu yubiley yarışında 40 marşal postunda 1100 marşalın iştirakı nəzərdə tutulur.
Bakıdan dünya Qran-Prilərinə
Azərbaycanlı marşalların qazandığı təcrübə artıq Bakı yarışı ilə məhdudlaşmır. Hər il təxminən 25-30 yerli marşal müxtəlif Formula 1 yarışlarında çalışmaq üçün xarici ölkələrə səfər edir.
2026-cı ildə iki azərbaycanlı marşal ilk dəfə Formula 1-in ən məşhur yarışlarından biri olan Monako Qran-Prisində fəaliyyət göstərib. Monakoda əsasən yerli marşallara üstünlük verilməsi və xaricdən iştirak imkanlarının məhdud olması bu nəticəni xüsusilə əlamətdar edir.
Azərbaycanlı marşalların beynəlxalq yarışlarda qazandığı təcrübənin nümunələri arasında ABŞ və Əbu-Dabi Qran-Priləri də var. Belə ki, 2021-ci ildə ABŞ-nin Ostin şəhərində keçirilən Qran-Pridə bir post tamamilə azərbaycanlı marşallardan ibarət olub. Azərbaycanlı yanğın təhlükəsizliyi marşalları isə iki il ardıcıl olaraq Əbu-Dabi Qran-Prisinin pit-leyn zonasında çalışıblar.
Xarici marşallar və dünyada ilk qadın marşal postu
Azərbaycan Qran-Prisi xarici marşallar arasında da böyük maraq qazanıb. Hər il 400-500-ə yaxın xarici marşal yarışda iştirak etmək üçün müraciət edir.
2026-cı il Azərbaycan Qran-Prisində 40 ölkəni təmsil edən 110 beynəlxalq marşal yarışın təşkilinə cəlb olunacaq.
Qadın marşallar da Azərbaycan Qran-Prisinin marşal heyətinin mühüm hissəsini təşkil edir. 2022-ci ildə Bakı yarışında postlardan birinin tamamilə qadın marşallardan ibarət olması Formula 1 tarixində ilk belə nümunə kimi qeyd olunub və təşəbbüs sonrakı illərdə də davam etdirilib.
Yarışın görünməyən qəhrəmanları
Formula 1 yarışlarında marşallar "yarışın rəsmi simaları" kimi tanınır. Onlar trek boyunca təhlükəsizliyə nəzarət edir, insidentlər zamanı operativ müdaxilə göstərir və yarışın normal davam etməsində mühüm rol oynayırlar.
Hazırda 2026-cı il Azərbaycan Qran-Prisi üçün marşalların təlimləri davam edir. Təlimləri uğurla başa vuran iştirakçılar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) beynəlxalq lisenziyasını əldə edə bilirlər. Azərbaycanda bu lisenziyalar Azərbaycan Avtomobil Federasiyası tərəfindən təqdim olunur.
İlk Bakı yarışında xarici təcrübəyə ehtiyac olduğu halda, bu gün azərbaycanlı marşallar özləri dünyanın müxtəlif Qran-Prilərində fəaliyyət göstərirlər. 35 mindən çox müraciət, 1 100 yerli marşal və 40 ölkədən beynəlxalq iştirakçı - Azərbaycan Qran-Prisinin 10 illik tarixində marşal proqramının necə böyük və beynəlxalq bir platformaya çevrildiyini göstərən rəqəmlərdir.
Müəllif: Tural Hüseyn
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Merih Demiralın ailəsində dağılır? - Arvadının müzakirə yaradan qərarı...
-
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı - (Foto)
-
4 klub cərimələndi
-
10 il, 35 mindən çox müraciət: Azərbaycan Qran-Prisinin görünməyən qəhrəmanları - (Fotolar)
-
Qrizmannın ABŞ-də çətin anları: Yaş dəsmal, soyuq kompres...
-
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
XƏBƏR LENTİ
-
Merih Demiralın ailəsində dağılır? - Arvadının müzakirə yaradan qərarı...
-
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı - (Foto)
-
"44" bədii filminin ilk tizeri təqdim olunub - (Video)
-
4 klub cərimələndi
-
Bloqerlərimizin toyuna getdiyi bəy saxlanıldı (Foto)
-
Qumar borcu olan molla 50 milyon yığıb aradan çıxdı
-
Asim Babayevə hökm oxundu
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədi
-
Tacir Şahmalıoğlu arıqlayıb belə oldu - Günü-gündən niyə çəki itirir? - (Video)
-
Bu ölkədə məktəblərdə hicab qadağa olundu
-
10 il, 35 mindən çox müraciət: Azərbaycan Qran-Prisinin görünməyən qəhrəmanları - (Fotolar)
-
Sabahın hava proqnozu açıqlandı
-
Bakıda oyuncaq maşınla yola çıxan tutuldu - (Video)
-
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11%, tranzit trafik isə 14,5% artıb
-
Ruslan Əlixanov vəzifəsindən azad edildi
-
Bakıya gələn sərnişində gizlədilən dərman vasitələri aşkarlanıb
-
Bakıda 26 yaşlı oğlan daş karxanasında öldü
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Ötən gün qəzada ölən sürücü müəllim imiş
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - (Yenilənib)
-
Onlar pensiya ala bilməyəcək
-
DİM boş qalan yerlərə qəbul elan edir
-
Ogüst Renuarın muzeyi qarət edildi
-
"Qayınana bölük komandiri, baldız "starik", gəlin də "molodoy" olur"





