DİM boş qalan yerlərə qəbul elan edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir.
Milli.Az xəbər verir ki, bnunla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək ixtisas seçimi elan edilir.
Tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2026-cı il 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək internet vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib, internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Boş qalan yerlərin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), "Abituriyent" satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.
Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında ödəniş etməklə əldə etmək olar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sabahın hava proqnozu açıqlandı
-
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11%, tranzit trafik isə 14,5% artıb
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - (Yenilənib)
-
Onlar pensiya ala bilməyəcək
-
DİM boş qalan yerlərə qəbul elan edir
-
"Qayınana bölük komandiri, baldız "starik", gəlin də "molodoy" olur"
XƏBƏR LENTİ
-
Sabahın hava proqnozu açıqlandı
-
Bakıda oyuncaq maşınla yola çıxan tutuldu - (Video)
-
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11%, tranzit trafik isə 14,5% artıb
-
Ruslan Əlixanov vəzifəsindən azad edildi
-
Bakıya gələn sərnişində gizlədilən dərman vasitələri aşkarlanıb
-
Bakıda 26 yaşlı oğlan daş karxanasında öldü
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Ötən gün qəzada ölən sürücü müəllim imiş
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - (Yenilənib)
-
Onlar pensiya ala bilməyəcək
-
DİM boş qalan yerlərə qəbul elan edir
-
Ogüst Renuarın muzeyi qarət edildi
-
"Qayınana bölük komandiri, baldız "starik", gəlin də "molodoy" olur"
-
Qazaxıstanda neft emalı zavodunda güclü yanğın
-
Türkiyədə terrorçuluğun maliyyələşdirilməsinə qarşı əməliyyat keçirildi
-
Güclü külək ağacı avtomobil üstünə aşırdı
-
Balaca Banu belə dəyişib, illər sonra görüntüləndi - (Foto-Video)
-
Rusiyanın tanınmış aktrisası vəfat etdi - (Foto)
-
Polşada hava limanı qəfil bağlandı
-
Məscidə gedən Əkbər Əlizadə cərimələndi
-
Evində ölü tapılan türk aktyorun bu çıxışı yenidən gündəmə gəldi - (Video)
-
Mərkəzi Bank valyuta bazarına müdaxilə edib
-
Polisdən əməliyyat: 156 axtarışda olan şəxs saxlanıldı
-
Bakıda güclü külək 4 nəfəri xəstəxanalıq etdi





