Ölkə

Bu yolda vətəndaşlar təhlükə ilə üzləşirlər - VİDEO

5 Oktyabr 2024 15:51
Baxış: 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə gedən Rüstəm Rüstəmov küçəsində piyada zolağının silinməsi nəticəsində sakinlər ciddi təhlükə ilə üzləşdiklərini bildiriblər.

Milli.Az bildirir ki, sözügedən ərazidə, xüsusilə, məktəb və dövlət sosial-iqtisadi kolleci yerləşir. Bu isə o deməkdir ki, buradan, əsasən, məktəblilər, onların valideynləri və kollec tələbələri tez-tez istifadə edirlər. Elə özləri də bildiriblər ki, zolaq silindiyi üçün bir neçə dəfə qəza şəraiti yaranıb.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən qısa zamanda əraziyə baxış keçiriləcəyi və məsələnin həll ediləcəyi bildirilib.

Ətraflı "Xəzər xəbər"in süjetində:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.