Ölkə

Bakıda bu marşrut fəaliyyətini dayandırır

1 Oktyabr 2024 00:31
Baxış: 16 009
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabahdan paytaxtın 171 nömrəli avtobus marşrutu fəaliyyətini dayandırır.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, həmin xətt üzrə (Bilgəh qəsəbəsi - "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi) 150 nömrəli marşrut istifadədə olacaq.

Qeyd olunub ki, 150 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, "BakuBus" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Sözügedən marşrut üzrə sərnişindaşıma müasir və komfortlu avtobuslarla, nağdsız ödəniş əsasında həyata keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.