Hadisə

Gəncədə qəza - Azyaşlı xəsarət aldı - FOTO

4 İyul 2024 20:56
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, "Lada Priora" markalı avtomobil velosipedlə yolu keçmək istəyən uşağı vurmamaq üçün kənarda dayanan "Mercedes" markalı maşınla toqquşub.

Nəticədə sürücü istiqaməti tam dəyişə bilməyib və azyaşlı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Uşağın vəziyyəti normaldır. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.