Bakıda restoranda yanğın başlayıb.
Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb.
FHN-nin Mətbuat xidmətindən APA-ya bildirilib ki, 112 qaynar xəttinə yanğınla əlaqədar çağırış daxil olub. Məlumatla əlaqədar hadisə yerinə DYMX-nin əməkdaşları cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
Milli.Az





