Dünya

Britaniyada hakimiyyət dəyişir - YENİLƏNİB

5 İyul 2024 08:10
Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

08:10

Leyboristlər Partiyasının lideri Keir Starmer asanlıqla Britaniya parlamentinin İcmalar Palatasındakı yerini təmin edib.

APA xəbər verir ki, bunu Londonun şimalında yerləşən Holborn və Sent-Pankras dairələrində elan edilmiş seçkilərin nəticələri sübut edir.

61 yaşlı siyasətçi ikinci nəticə göstərən müstəqil namizəd Endryu Faynşteyndən 11,6 min səs çox toplayaraq 18,9 min səs qazanıb.

Starmer parlamentdə ilk dəfə 2015-ci ildə yer alıb. O, beş il sonra Ceremi Korbini əvəz edərək partiyaya rəhbərlik etməyə başlayıb.

--------

07:38

Britaniyada parlament seçkilərində səs vermə başa çatıb və "exit-poll"un nəticələri açıqlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, keçirilən "exit-poll"a görə Leyboristlər partiyası parlamentdə böyük bir üstünlük qazanıblar. Keir Starmerin rəhbərlik etdiyi partiya 650 nəfərlik parlamentdə 410 yer, Mühafizəkarlar Partiyası 131 yer, Liberal Demokratlar 61 yer, Reform partiyası 13 yer, SNP partiyası isə 10 yer qazanıb. Digər kiçik partiyalar isə parlamentdə qalan yerlərə yiyələniblər.

Qeyd edək ki, Britaniyada Mühafizəkarlar Partiyası son 14 ildir ki, hakimiyyətdə idi. Parlamentdə üstünlük qazanmaq istəyən partiyaya ən azı 326 yer lazımdır.

Seçkilərin nəticələrinin əksəriyyəti Britaniya saatı ilə iyulun 5-də saat 6-ya qədər elan ediləcək.

"Exit-poll" "Ipsos UK" şirkəti tərəfindən "Sky News", BBC və "ITV News" kanalları üçün keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.