Ölkə

Sadır Japarov Azərbaycana yola düşdü

5 İyul 2024 12:07
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfərə yola düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Səfər çərçivəsində dövlət başçısı iyulun 6-da keçiriləcək Dövlət başçısı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək. Təşkilatın dövlət başçılarının növbədənkənar iclasının mövzusu "Nəqliyyat, rabitə və iqlim dəyişikliyi ilə mübarizə vasitəsilə dayanıqlı gələcəyin təmin edilməsidir", - mətbuat xidmətinin məlumatında deyilir.

Nümayəndə heyətinin tərkibinə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, Qırğız Respublikasının Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, eləcə də nəqliyyat və kommunikasiyalar naziri Tilek Tekebayev daxildir.

Qeyd edək ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Görüş mühüm məsələlərin və təşkilatın gündəliyinin yüksək səviyyədə müzakirəsi üçün platforma olaraq çıxış edəcək.

Görüşün sonunda Qarabağ bəyannaməsinin, eləcə də bir sıra digər vacib sənədlərin imzalanacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.