İran

Pezeşkian Heydər Əliyevin bu məşhur sözünü təkrarladı

1 İyul 2024 14:02
Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir daha fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam. Mahabadda dünyaya gəlmişəm, atam, anam və bütün nəslim azərbaycanlıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Məsud Pezeşkian son vaxtlar onun anasının başqa millətdən olması barədə deyilənlərə aydınlıq gətirərkən bildirib.

O, bununla yanaşı İranda Azərbaycan türkcəsinə qarşı məhdudiyyətlərə də toxunub:

"Bir azərbaycanlı olaraq kimsənin dilimi lağa qoymasına icazə vermərəm, heç kim Azərbaycan türkcəsində yazıb-oxumağa qadağa qoya bilməz".

Qeyd edək ki, prezident seçkiləri öncəsi Məsud Pezeşkianın anasının kürd olması ilə bağlı şayiələr yayılıb.

Xatırladaq ki, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" ifadəsi Ulu Öndər Heydər Əliyevə məxsusdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.