Ölkə

“Xalası qızı, bibisi oğlu ilə evlənənlər ən azı, yarıxoşbəxt yaşayır…”

1 İyul 2024 10:00
Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun təsdiqlənib.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddətdir sosial şəbəkələrdə müzakirə olunan məsələ ilə bağlı tanınmış yazıçı Aqşin Yenisey də fikirlərini bölüşüb.

Sözügedən evliliklərlə bağlı qadağanın parlament tərəfindən qəbul edildiyi ərəfədə yazılan status birmənalı qarşılanmayıb:

"Azərbaycanda istər kişi olsun, istər qadın, fərq etməz: həyat yoldaşını ictimai mühitdən seçənlərin, demək olar ki, hamısı ya boşanır, ya da bütün ömür boyu kor-peşman bir həyat yaşayırlar.

Kim ki, görücü üsulu ilə ailə qurur, kim ki xalası qızı, bibisi oğluyla evlənir, bütün problemlərə baxmayaraq, ən azı, yarıxoşbəxt bir həyat yaşayır. 

Bunun sosioloji səbəbləri var:

1. İctimai mühit insanı üçün hədəf ailə deyil, şəxsi karyeradır.

2. İctimai mühit Şərqdə kişilərlə qadınların birləşdiyi deyil, ayrıldığı yerdir. Yəni cinsəl olaraq gizli düşmənçilik mühitidir.

3. Ənənə "Leyli və Məcnun" kodunu ta uşaqlıqdan beyinlərə yerləşdirib: Şərqdə sevib evlənmək mümkün deyil. Mümkün olmayana cəhd edənlər bədbəxt olacaqlar.

(İstisnalar mənlik deyil həmişəki kimi)".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.