Rusiya

“Putin Zelenski ilə dialoqa hazırdır”

1 İyul 2024 14:29
Baxış: 1 179
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Rusiya Prezidenti Vladimir Putin əvvəlkitək ukraynalı həmkarı Volodimir Zelenski ilə dialoqa açıqdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov Zelenskinin danışıqlarla bağlı açıqlamasına münasibət bildirərkən deyib. 

"Putin bildirib ki, Rusiya qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən dialoqa açıqdır. Bu niyyətimiz qalmaqdadır", - deyə Peskov qeyd edib. 

Qeyd edək ki, V.Zelenski Rusiya ilə vasitəçilər vasitəsilə danışıqların mümkün olduğunu bildirib. Onun sözlərinə görə, bu vasitəçilər istənilən ölkənin nümayəndəsi ola bilər. Ukrayna lideri xatırladıb ki, ilk dəfə bu cür üsul "taxıl sazişi" imzalanan zaman istifadə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.