Hadisə

Dörd ofisiant yanaraq ölübmüş - Hadisə yerindən görüntülər - VİDEO - FOTOlar

21 Noyabr 2025 15:09
Baxış: 3 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda hotelin 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, faciə onlar dəmir konstruksiyanın yerini dəyişərkən baş verib.

Dəmir konstruksiyanın yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində cərəyan dörd nəfəri vuraraq öldürüb.

TƏBİB-dən APA-ya bildirilib ki, bu gün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.

Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Binəqədi rayonunda "Lake Hotel"in dörd işçisinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı təfərrüat bilinib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə hotelin həyətində baş verib. Hotelin restoranında işləyən dörd ofisiant binanın həyətində avadanlıq daşımaq üçün dəmir konstruksiyalı təkərli qurğunu aparırmış.

Qurğu hərəkətdə olarkən həyətdən keçən 10 min voltluq elektrik xəttinə toxunub.

Hadisə nəticəsində ofisiantlar yanaraq ölüblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.