Maraqlı

Dünyada ən çox satılan mopedin istehsalı dayandırılacaq

30 İyun 2024 10:26
Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Honda" konserni 2025-ci ilin noyabrına qədər mühərrikinin həcmi 50 kub santimetr və daha kiçik, o cümlədən dünyanın ən çox satılan "Super Cub" seriyasından olan mopedlərin istehsalını dayandıracaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu qərarın səbəbi daha sərt istismar standartlarının və işlənmiş qaz emissiyası tələblərinin tətbiqidir.

Bundan əlavə, elektrik velosipedlərinin, skuterlərin və motosikletlərin geniş yayılması səbəbindən belə mopedlərin satışı indi minimum səviyyədədir.

Hazırda "Honda" 50 kub santimetr və ya daha az mühərrik həcmi olan 15 modeldə moped istehsal edir. İlk "Super Cub" 1958-ci ildə buraxılıb. O vaxtdan bəri, bu mopedlərin təxminən 110 milyonu bütün dünyada satılıb ki, bu da onu dünyanın ən çox satılan mopedinə çevirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.