Türkiyə

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir - FOTO

30 İyun 2024 10:52
Baxış: 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İzmir bölgəsində Səlcuq və Menderes rayonlarında dünəndən başlayan meşə yanğınlarını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışırlar.

Milli.Az APA-ya istinadən bildirir ki, Səlcuq-Kuşadası avtomobil yolunun yanındakı meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğın gecə boyu davam edib.

Dünən gecə hava qaralınca kəsilən hava müdaxiləsi günün erkən saatlarında vertolyot və təyyarələrlə davam etdirilib.

Çeşmə və Torbalı yanğınlarının isə artıq nəzarət altına alındığı bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.