Hadisə

Xırdalanda kütləvi dava - VİDEO

27 İyun 2024 17:07
Baxış: 2 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış komplekslərindən birinin həyətində kütləvi davanı əks etdirən görüntülər yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüləri paylaşan jurnalist Arifə Əliyeva münaqişənin avtomobildə yüksək tonda musiqi səsləndirən şəxslərlə mühafizəçilər arasında baş verdiyini bildirib. O qeyd edib ki, dava sonradan daha da kütləviləşib.

DİN Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, tərəflər arasında mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.