Hadisə

Türkiyədə ağır qəza - ölənlər var

29 İyun 2024 14:28
Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin cənubunda "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) inşa edildiyi Mersin şəhərində iki avtobus və bir minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Hadisə zamanı işçiləri tikinti sahəsinə aparan avtobusun sürücüsü idarəetməni itirib, bununla da o, avtomobil və digər avtobusla toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, "Akkuyu" Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.