Ölkə

Azərbaycan bu problemlərin həllində fəal rol oynayacaq

27 İyun 2024 23:35
Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcəyini bildirib.

Milli.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

"COP29-un davamı olaraq Azərbaycan 2026-cı ildə UNEP (BMT-nin Ətraf Mühit Proqramı - red.) ilə birlikdə Ümumdünya Ətraf Mühit Gününə, BMT-nin Məskunlaşma Proqramı ilə Ümumdünya Şəhər Forumuna ev sahibliyi edəcək. Azərbaycan münaqişənin başa çatmasından sonra daha qlobal xarici siyasətə keçdiyi və bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək", - o qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.