Ölkə

Fransa Cənubi Qafqazı hərbi əməliyyatlar üçün plasdarma çevirmək istəyir - VİDEOMÜSAHİBƏ

27 İyun 2024 23:43
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi sülh bəyanatına rəğmən, orduları davamlı olaraq silahlanır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Paşinyan özünün qərbli tərəfdaşları ilə revanş əhval-ruhiyyəsi yaradan addımlar atır.

"Son zamanlar Ermənistana verilən silahların hücum xarakterli olduğunu nəzərə alsaq, Nikol Paşinyanın əsas məqsədinin sülh bəyanatları adı altında zaman qazanmaq olduğunu deyə bilərik. Ermənistana müxtəlif istiqamətlərdən hərbi dəstəyin verilməsinə cəhdlər olunur. Bu prosesdə hər zaman olduğu kimi, Fransa ön sırada dayanır. Burada iki əsas məqsəd var. Birinci növbədə hədəf bölgəyə xarici qüvvələrin müdaxilə etməsinə imkan yaratmaqdan və Cənubi Qafqazı faktiki olaraq hərbi əməliyyatlar üçün plasdarma çevirməkdən ibarətdir.

Fransa və Ermənistan üçün minimum hədəf isə fərqlidir. Ermənistan tərəfi indiki şəraitdə hücum silahları almaqla müxalifətin hakimiyyətə qarşı sürdüyü arqumentləri nisbətən də olsa, zəiflətməyə çalışır. Nikol Paşinyanın atacağı addımlar barəsində Baqrat və digərlərinin səsləndirdiyi fikirlərin qarşılığında Ermənistan revanşist əhval-ruhiyyə ortaya qoydu", - o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.