Siyasət

Prezident: Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük

6 İyun 2024 15:35
Baxış: 576

Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib.

Şuşaya yeni çəkilən avtomagistralda 7 tunelin, 9 viadukun, bir çox körpülərin inşa edildiyini və podratçıların əksəriyyəti Türkiyə şirkətləri olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: "Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.