Siyasət

Əli Əsədov İqor Petrişenko ilə görüşdü

14 May 2024 20:32
Baxış: 806

Mayın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfərinin əhəmiyyəti qeyd edilib, səfərin iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə yeni təkan verəcəyinə əminlik ifadə olunub.

Müzakirələr zamanı cari ilin iyun ayında Minskdə keçiriləcək Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclasının əhəmiyyəti də vurğulanıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran sahələrdə gələcək qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.