Siyasət

İlham Əliyev qırğızıstanlı həmkarını COP29-a dəvət edib

24 Aprel 2024 14:03
Baxış: 583

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə dövlət başçısı qırğızıstanlı həmkarı ilə mətbuata bəyanatında bildirib.

"Mən Sadır Nurqujoyeviçi noyabrda COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim", - deyən Prezident İlham Əliyev vurğulayıb ki, hər bir görüş həm qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin möhkəmləndirilməsi baxımından, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından mühüm və dəyərlidir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.