Siyasət

Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF

15 Aprel 2024 12:28
Baxış: 865

Qazaxıstan lideri Astananın Ermənistan və Azərbaycan arasında təmasların təşkili üçün xoşməramlı missiyanı üzərinə götürməyə hazır olduğunu bəyan edib.

"Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

"Əsas məqsədimiz bizə dost ölkələri bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır", - deyə Tokayev bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.