Azərbaycanda 3 minə yaxın yeni dövlət standartı qəbul ediləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Proqramın icrası insanların həyat və sağlamlığı, əmlakı, eləcə də dövlət əmlakının qorunması, ətraf mühitin mühafizəsi, ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinin təmin edilməsi, rəqabətqabiliyyətli məhsulların istehsalı və istehlakçı məmnunluğunun artırılması, ümumilikdə iqtisadi inkişafın stimullaşdırılmasına şərait yaradacaq.
Antiinhisar və İstehlak Bazara Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı" təsdiq edilib.
Proqram layihəsi 50-dən yuxarı dövlət və özəl qurumun müvafiq rəy və təklifi nəzərə alınmaqla "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanunu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş "Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası"na əsasən formalaşdırılıb.
Proqram tərtib olunarkən texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsi məqsədilə qəbul ediləcək istinad standartları, müvafiq normativ hüquqi aktlar, standartlaşdırma üzrə texniki komitələrin iş planları, habelə beynəlxalq və regional standartlaşdırma təşkilatlarının normativ sənədləri əsasında dövlət standartlarının hazırlanması, müasir elmi-texniki araşdırmaların nəticələri, ümumilikdə ölkənin sosial-iqtisadi inkişaf strategiyası nəzərə alınıb.
Sənəddə iqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqini təşviq edən, eləcə də təhlükəsiz, keyfiyyətli və rəqabətqabiliyyətli mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanması yer alıb. Qarşıya qoyulan hədəflərin icrası məqsədilə sözügedən proqram çərçivəsində üç il ərzində ümumilikdə 3 minədək dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.
Bu Proqram xidmət, turizm, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik, metrologiya və sınaqlar, mexaniki və hidravlik sistemlər, energetika və elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat və nəqliyyat infrastrukturu, zərgərlik məmulatları, qablaşdırma, tekstil və dəri texnologiyası, qida və kənd təsərrüfatı, kimya texnologiyası, minerallar və dağ-mədən sənayesi, neft və əlaqəli texnologiyalar, metallurgiya və maşınqayırma, taxta və mebel texnologiyası, şüşə və keramika sənayesi, rezin və plastik sənayesi, kağız və karton, lak-boya və əlvan boya sənayesi, inşaat materialları tikinti və mülki mühəndislik, uşaq malları və digər mühüm strateji sahələri əhatə edir.
Qeyd: "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı"nın mətni ilə Azərbaycan Standartlaşdırma İnstitutunun rəsmi internet səhifəsinə keçid edərək tanış ola bilərsiniz:
https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Dostunun toyuna gedən qazi faciəli şəkildə öldü
-
Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş... - Yenilənib - Foto
-
Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadının son vəziyyəti - Yenilənib - (Video)
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
XƏBƏR LENTİ
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir
-
Əli Abbasova ağır itki
-
Ronaldo serial çəkir - (Foto)





