Həmin günlərdə işləyənlərin maaş ikiqat hesablanacaq - YENİLİK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əmək Məcəlləsi"nə təklif edilən dəyişikliklərə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq.
Milli.Az xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
İzah edib ki, həmin günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödəniləcək:
"Saatlıq vəzifə maaşının Məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaş ilə təmin olunması baxımdan vacib idi. Belə ki, bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 25 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 3 saat əlavə işdə olubsa həmin saatlara görə 75 manat deyil, ən azı 150 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bu maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar
-
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
-
İxracatçıların daşıma xərclərinin bir hissəsini dövlət qarşılayacaq
-
Metroya görə 6 ekspres avtobus xətti fəaliyyətə başlayacaq
-
Azərbaycanda 3 rayonun bir hissəsi qazsız qalacaq
-
Qatarlar bu stansiyalar arasında dayanacaq
XƏBƏR LENTİ
-
Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar
-
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
-
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
-
İxracatçıların daşıma xərclərinin bir hissəsini dövlət qarşılayacaq
-
Azərbaycanlı bloger Hüseyn Həsənov 4 il həbs cəzası aldı
-
Erməni məhsullarına Rusiyada qadağa
-
Metroya görə 6 ekspres avtobus xətti fəaliyyətə başlayacaq
-
Cənubi Koreyada rekord istilər can aldı - Ölənlərin sayı artır
-
Azərbaycanda 3 rayonun bir hissəsi qazsız qalacaq
-
Qatarlar bu stansiyalar arasında dayanacaq
-
Azərbaycan millisinin futbolçusu “İmişli” klubuna keçdi
-
Susuzluq Ucarda həyatı iflic edib
-
Yaxın günlərdə yumurta qiymətləri enəcək?
-
"Dentera Dental Clinic" inkişaf strategiyasının növbətimərhələsini elan edib - (Foto)
-
Metro xəttləri ayrılır: Əvəzləyici avtobuslar ödənişli olacaq? - Rəsmi
-
Türkiyə gəmilərinə Qara dənizdə dron hücumu: Yaralılar var
-
215 nəfərin öldüyü vulkan yenidən püskürdü
-
Qeydiyyatsız qalan əcnəbiləri hansı cəza gözləyir?
-
İran: Hörmüzdə vurulan gəmilər silah və sursat daşıyırdı
-
“Barselona”nın qapıçısı Ter Ştegen “Ayaks”a keçdi
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
-
Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?
-
Culfanın yeni icra başçısı kimdir? - Dosye
-
Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib





