Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rumıniya Vəkillər Kollegiyasının (RVK) dəvəti ilə bu ölkənin paytaxtı Buxarest şəhərində səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti 2025-ci il dekabrın 12-də RVK-nın İllik Konfransında iştirak edib.
Milli.Az xəbər verir ki, RVK-nın sədri Traian Briciu açılış nitqi ilə çıxış edərək nümayəndə heyətini səmimiyyətlə salamlayıb və dəvəti qəbul edərək Buxarest şəhərinə səfər etdiyi üçün VK rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. O, iki ölkənin qurumları arasında əməkdaşlığın inkişafının mühüm əhəmiyyət daşıdığını söyləyib.
VK-nın sədri Anar Bağırov İllik Konfransda çıxış edərək göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirib. Sədr Azərbaycan və Rumıniya Vəkillər kollegiyaları arasında mövcud əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq bu cür görüşlərin iki ölkə vəkilləri arasında peşəkar münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. Eyni zamanda Anar Bağırov qurumlar arasında əməkdaşlığın gələcəkdə də daha sistemli, məqsədyönlü və geniş formatda davam etdiriləcəyinə əminliyini ifadə edib.
İllik Konfrans çərçivəsində nümayəndə heyətinə xüsusi diqqət və ehtiram əlaməti olaraq "Ədliyyənin rəqəmsal gələcəyi" mövzusunda təqdimat Azərbaycan dilində nümayiş etdirilib.
Daha sonra iki qurum arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Kollegiyanın sədri Anar Bağırov son illərdə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və bu islahatların tərkib hissəsi olaraq VK-da görülən genişmiqyaslı işlər, mühüm yeniliklər, habelə əldə olunan nəticələr barədə məlumat verib. Sədr xüsusilə vəkillərin sayının əhəmiyyətli dərəcədə artmasını, vəkillik institutunun nüfuzunun yüksəlməsini və peşə fəaliyyətinin daha müasir standartlara uyğunlaşdırılmasını qeyd edib. Həmçinin Anar Bağırov vəkilliyə qəbul qaydalarında tətbiq olunan şəffaf və obyektiv mexanizmlər, göstərilən elektron xidmətlərin genişləndirilməsi, Kollegiyanın maliyyə müstəqilliyi istiqamətində görülən işlər və gənc hüquqşünaslara verilən dəstək haqqında söz açıb.
Bununla yanaşı, sədr vəkillərin davamlı tədris proqramlarında iştirakının əhəmiyyətini vurğulayıb, pulsuz və dövlət hesabına göstərilən hüquqi yardımlar, sosial layihələr, aztəminatlı şəxslərə dəstək tədbirləri, maddi-texniki bazanın gücləndirilməsi, eləcə də Hüquqi Yardım və Tədris Mərkəzlərinin və digər qurumlarının fəaliyyəti barədə danışıb.
Eyni zamanda sədr "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş mütərəqqi köklü dəyişiklikləri diqqətə çatdıraraq bu Qanunun vəkillik institutunun daha da gücləndirilməsinə, peşə fəaliyyətinin səmərəli və müasir tələblərə uyğun təşkilinə xidmət etdiyini vurğulayıb, Azərbaycanın bu sahədə formalaşmış müsbət təcrübəsini görüş iştirakçıları ilə bölüşüb.
Anar Bağırov bildirib ki, Azərbaycan torpaqları Ermənistanın 30 illik işğalından azad edildikdən sonra dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədləri, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri inşa olunur və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Nəzərə çatdırılıb ki, ölkələr arasında mövcud olan regional və beynəlxalq əməkdaşlığın hər iki dövlət arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsi fonunda vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi, hüquqi xidmətlərin təşkili və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi də təmin olunacaq.
Sonra VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və əsas istiqamətləri üzrə görülən işlərə dair təqdimatla çıxış edib.
Həmçinin görüş zamanı iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə edərək gələcək birgə fəaliyyət üçün potensial imkanlar barədə razılıqlarını ifadə ediblər.
Eyni zamanda görüş çərçivəsində iştirakçılar arasında qarşılıqlı hədiyyələr təqdim olunub və sonda rəsmi ziyafət təşkil edilib.
Qeyd edək ki, geniş tərkibdə görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
Hamilə qadınlara qətiyyən bunları demək OLMAZ
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU: "Həyatım boyu unutmayacağam" - VİDEO
-
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
XƏBƏR LENTİ
-
Kapitalizmin psixologiyaya təsirləri: Niyə daim tükənmiş hiss edirik?
-
Vüqar Qurbanova ağır itki
-
Günün qoroskopu: Vacib sirrlərinizi hər kəslə bölüşməyin
-
Azərbaycan cüdo millisi Avropa Kubokunda birinci oldu - FOTO
-
Hər kəs 41 yaşlı Ronaldonun bu görüntüsündən danışır - FOTO
-
Göbələk yığanların nəzərinə: Saplağındakı o detal həyatınızı xilas edə bilər
-
72 yaşlı aktyor gənc oğlana bənzəyir
-
“Qalatasaray” mövsümü məğlubiyyətlə başa vurub
-
Alüminium folqanın yararlılıq müddəti varmı?
-
61 ildən sonra çempion oldular
-
14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
“Sabah”ın start heyətini görəndə məyus oldum”
-
Acı yedikdən sonra su içmək bu səbəbdən faydasızdır
-
Komandalarımız avrokuboklarda - Oyunların və püşkatmanın tarixləri
-
Mask həbs oluna bilər
-
8 illik evlilik Hazala görə bitdi?
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
-
Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
84 il sonra bir ilk: Bazar ertəsindən etibarən 4 bürcün həyatında gözlənilməz qapılar açılır
-
Serbiya Prezidenti ilə Azərbaycanın biznes nümayəndələri arasında görüş keçirilib - FOTO
-
Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir - Aleksandar Vuçiç
-
“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO





