"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 32-ci turunda "Sabah"a qalib gəldikləri matç (2:1) haqda danışıb.
Milli.Az xəbər verir ki, baş məşqçi qarşıya qoyulan ilkin hədəfə çatdıqlarını vurğulayıb:
"Düşünürəm ki, bu, bizim üçün çox gözəl axşamdır. Qarşımıza qoyulan maksimum tapşırığın öhdəsindən layiqincə gəldik və hədəfimizə çatdıq".
Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandıraraq gələcək hədəflərə aydınlıq gətirib:
- Komandaya gələrkən "Neftçi" avrokuboklar zolağından kifayət qədər uzaq idi. Bu işi üzərinizə götürərkən əmin idiniz ki, bu işin öhdəsindən gələcəksiniz?
- Mən Bakıya gələndə rəhbərlik tərəfindən qarşıma qoyulan əsas məqsəd "Neftçi"nin avrokuboklarda çıxış etməsini təmin etmək idi. Düzdür, həmin ərəfədə dördüncü pillədən çox uzaqlaşmışdıq. Amma bunun reallaşdırılmasının mümkün olduğuna inanırdım. Gəldikdən iki matç sonra çempionatda yaranan fasilə bizim karımıza gəldi. Həmin müddətdən maksimum yararlanaraq oyunçularımı daha yaxından tanımaq, potensiallarını görmək şansım oldu. İndi sizə səmimi qəlbdən deyirəm ki, bu gün mən çox xoşbəxt insanam.
- Motivasiya amili öz yerində, ancaq baş məşqçi komandada əsas olaraq nəyi dəyişdi ki, bu cür uğurlu seriya başladı?
- İlk növbədə işə hər bir futbolçu ilə fərdi söhbətlər aparmaqla başladım. Daha sonra komanda daxilindəki nizam-intizamı tam qaydasına saldıq. Biz dərk etməli idik ki, "Neftçi"yik və hər bir matçda meydana birinci nömrə kimi çıxmalıyıq. Ən azından bu çempionatın ən güclü komandaları olan "Qarabağ" və "Sabah" səviyyəsində görünməli idik. Mən öz oyunçularıma inandım, onlar da mənə güvəndilər. Fürsətdən istifadə edib klubun bütün işçi heyətinə də dərin təşəkkürümü bildirirəm, onlar da bu müddətdə əllərindən gələnin ən yaxşısını etdilər. Rəhbərliyə isə xüsusi minnətdaram, çünki hər zaman yanımızda oldular. Belə nəticələrin əldə edilməsində birlik amili həlledici rol oynayır və qələbəmizin əsas təminatçısı da məhz budur.
- Mövcud heyətlə avrokuboklarda istənilən uğuru qazanmaq mümkündürmü?
- Hazırda bəzi futbolçuların müqavilə müddəti başa çatır, bəzilərinki isə hələ davam edir. Bütün bu məsələləri yalnız mövsüm tam bitdikdən sonra ətraflı şəkildə dəyərləndirəcəyik. Təbii ki, komandaya yeni nəfəs lazımdır. Heç istəməzdim ki, avrokuboklarda cəmi bir mərhələ oynayıb məğlubiyyətlə geri dönək. Qarşıda bizi həddindən artıq böyük və ciddi işlər gözləyir. Yeni hədəflərə çatmaq üçün hər kəs əvvəlkindən daha çox çalışmalıdır. (qol.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sabah” “Lester”in futbolçusunu transfer etdi
-
Avrokuboklarda sarı vərəqə qaydası dəyişdi
-
Azərbaycan millisinin futbolçusu “İmişli” klubuna keçdi
-
“Barselona”nın qapıçısı Ter Ştegen “Ayaks”a keçdi
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
XƏBƏR LENTİ
-
Ceki Çanın Bakıda ilk görüntüləri (Video)
-
“Sabah” “Lester”in futbolçusunu transfer etdi
-
Naxçıvanda ağır qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
Nəriman Həsənzadənin övladları: keçmiş gömrükçü, musiqişünas pedaqoq (Foto)
-
Bu tarixdə Günəş tam tutulacaq
-
Özəl bağçalarda 8 min uşağın təhsili dövlət tərəfindən maliyyələşdiriləcək
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı
-
Avrokuboklarda sarı vərəqə qaydası dəyişdi
-
“Volkswagen”, BMW və “Porsche”dən böyük ixtisar qərarı
-
Region teatrlarına rəhbər axtarılır - Müsabiqə elan edildi
-
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
-
“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - (Foto)
-
Anar Ağakişiyevin çantasında powerbank partladı - Xəsarətlər alıb - (Video)
-
Dünyanın gözlədiyi qərar: Hörmüz boğazı açılır?
-
Rusiya ordusundan Xarkovla bağlı yeni iddia
-
Azərbaycanlı tələbə Rusiyanın dron hücumu nəticəsində ağır yaralandı - (Foto)
-
Şamaxı–İsmayıllı yolunda avtomobil yanıb - (Video)
-
Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar
-
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
-
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
-
İxracatçıların daşıma xərclərinin bir hissəsini dövlət qarşılayacaq
-
Azərbaycanlı bloger Hüseyn Həsənov 4 il həbs cəzası aldı
-
Erməni məhsullarına Rusiyada qadağa
-
Metroya görə 6 ekspres avtobus xətti fəaliyyətə başlayacaq





