Siyasət

XİN - "Krokus siti holl"dakı terrorla bağlı araşdırma aparılır

23 Mart 2024 09:33
Baxış: 872

Moskva vilayətində "Krokus siti holl" əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır.

Milli.Az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hələ ki, dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq.

Ötən axşam Moskvadakı "Krokus siti holl"da terror aktı baş verib. Hadisə nəticəsində 70-dən çox adam ölüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.