Siyasət

Bu nazirliyin əməkdaşları maaşdan əlavə mükafatlar alacaq

13 Mart 2024 16:36
Baxış: 1 582

Prezident İlham Əliyev 9 aprel 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi"ndə və 27 mart 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, hər iki agentliyin sərəncamında qalan vəsaitdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.