Siyasət

Alessandra Rokkasalvo İlham Əliyevə təbrik məktubu göndərib

15 Fevral 2024 14:37
Baxış: 403

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyindəki həmkarlarım adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi və arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Bu qələbə ölkənin inkişafına və Azərbaycan xalqının rifahına xidmət edən uğurlu rəhbərliyinizin və uzaqgörənliyinizin bariz göstəricisidir. Fürsətdən istifadə edərək Azərbaycan xalqına daimi firavanlıq, xoşbəxtlik və dayanıqlı inkişaf arzulayıram.

Sizi bir daha əmin etmək istərdim ki, BMT-nin inkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə verdiyi töhfədə Azərbaycan hökumətini dəstəkləməyə sadiqdir. BMTİP, həmçinin Azərbaycan xalqının firavan və təhlükəsiz gələcəyi ilə bağlı göstərdiyiniz səyləri dəstəkləmək üçün hökumətlə sıx tərəfdaşlıq şəraitində işləri davam etdirməyə hazırdır.

Zati-aliləri, xahiş edirəm dərin hörmət və ehtiramımı qəbul edəsiniz".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.