Siyasət

Viktor Pinski Prezident İlham Əliyevi təbrik etdi

9 Fevral 2024 15:09
Baxış: 336

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Komissiya sədri, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Sizin fəaliyyətiniz və səyləriniz seçicilər tərəfindən layiqincə qiymətləndirildi. Siz ölkənin və onun vətəndaşlarının rifahı, əmin-amanlığı naminə fəaliyyət göstərən əsl Lidersiniz.

Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar arzulayıram".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.