Siyasət

Bu ölkədə səfirliyimizin bərpa edilmə səbəbi...

29 Dekabr 2023 21:57
Baxış: 966

Azərbaycanın Əfqanıstanda səfirliyi 2024-cü ildən yenidən fəaliyyətə başlayacaq. Doğru qərardır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Taliban paytaxt Kabili ələ keçirməmişdən əvvəl Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərirdi:

"Azərbaycan Əfqanıstanın keçmiş hakimiyyətləri ilə sıx əməkdaşlıq edir, bu ölkəyə maliyyə dəstəyi verir, humanitar yardımlar göndərir, əfqan bürokratlar Bakıda ixtisasartırma kurslarında iştirak edirdilər. Taliban Əfqanıstanda real gücdür və bununla hesablaşmaq məcburiyyətindəyik. Talibanın Əfqanıstandakı sərt idarəetməsi xoşumuza gəlməyə bilər, ancaq mövcud rejimlə dialoq imkanlarından imtina etməməliyik. Taliban rəhbərliyi də Azərbaycanın Kabildə səfirliyinin fəaliyyətə başlaması arzusunu bir neçə dəfə ifadə edib. Bir qisim ölkə Kabildə səfirliyini bərpa edib. Biz bu prosesdə gerə qala bilmərik. Çin Əfqanıstanda böyük layihələr reallaşdırmaq istəyir. Pekin Əfqanıstandan kommunikasiya xətlərinin keçməsini planlaşdırır. Gələcəkdə Əfqanıstanla Azərbaycanı birləşdirən ortaq layihələrin reallaşdırılması da mümkündür".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.