Siyasət

“Dünən Leyla Abdullayeva əsassız olaraq Fransa XİN-ə dəvət edilib”

28 Dekabr 2023 16:33
Baxış: 1 234

"Fransanın Azərbaycandakı Səfirliyinin iki diplomatı "persona non grata" elan edilib. Bundan 2 gün əvvəl Fransa Səfirliyinə nota göndərilib, onlar barəsində ciddi faktların olduğu və ciddi araşdırma aparılmasının zərurəti bildirilib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, lakin Fransa Səfirliyi bunu inkar edib. Nəticədə səfir dəvət edilib və Azərbaycan ərazisində qanunsuz işlərlə məşğul olan şəxslərlə bağlı səfirə etiraz edilib, onların "persona non grata" elan edilmələri barədə məlumat verilib: "Dünən heç bir əsas gətirilmədən, dəlilsiz olaraq Leyla Abdullayeva Fransa XİN-ə dəvət edilib və qarşılıqlılıq prinsipi əsasında bizim iki diplomatımızın arzuolunmaz şəxs elan olunması bildirilib. Bizim və Fransanın addımları arasında fərq var. Biz dəlillərlə danışırıq və açıq araşdırmanın aparılmasını təklif etdik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.